“Etibar Məmmədovun siyasətə qayıtması AMİP-də müzakirə olunur” –Partiyadan açıqlama gəldi

Etibar Məmmədovun fəal siyasətə qayıtması AMİP-də və onun rəhbərliyində qeyri-rəsmi müzakirə olunub. Hazırda bu məsələ yenə müzakirədədir”.

Bu sözləri AMİP-in ictimaiyyətlə əlaqələr üzrə katibi Əli Orucov Azpost.info-ya son günlər partiya lideri ətrafında gedən müzakirələri şərh edərkən bildirib.

Ə.Orucovun sözlərinə görə, AMİP-çilər zəngin siyasi təcrübəsi olan və beynəlxalq aləmdə tanınan Etibar Məmmədov kimi bir siyasətçinin aktiv siyasətə qayıtmasını istəyir.

O bildirib ki, AMİP cəmiyyətdə Etibar Məmmədovun fəal siyasətə qayıtması ilə  bağlı aparılan müzakirələri diqqətlə izləyir və bunu təbii sayır.

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir