“Etiraf etmək lazımdır ki, Ukrayna heç vaxt NATO-ya qoşula bilməyəcək”.
Azpost.info-nun məlumatna görə, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Birgə Ekspedisiya Qüvvələrinin (Joint Expeditionary Force) liderləri ilə onlayn görüşdə deyib.
“İllərdir ki, biz “açıq qapı”lar haqqında eşidirik. Lakin biz həm də eşitmişik ki, ora daxil ola bilmərik. Bu həqiqətdir, biz bunu etiraf etməliyik”, – Ukrayna Prezidenti bildirib.
Zelenski əlavə edib ki, Rusiya ilə həmsərhəd ölkələr NATO xaricində müstəqil müdafiə imkanları barəsində düşünməlidirlər. Zelenksi görüşdə bir daha NATO-nu Ukraynanın hava məkanını bağlamağa çağırıb. O vurğulayıb ki, Kiyev bunun mümkün nəticələrindən xəbərdardır.
Zelenski növbəti dəfə NATO-nu Ukrayna üzərində hava məkanını bağlamağa çağırıb. Prezident deyib ki, Kiyev bu addımın hansı nəticələrə gətirib çıxaracağını da başa düşür.