Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

“Eurohome”da yoxlama: Azay Möhnətovdan yuxarı orqanlarına niyə şikayət edilib?

Orkhan Ali 11 Sentyabr 2025 - 20:00 (Last updated: 11 Sentyabr 2025 - 17:41)
d121fdbabce02ddabe82280525ceb5a9_1706883757_646e2033733e9f821c1e4e41d27002d6untitled-1-jpg
“Eurohome” inşaat bazarında yanğın təhlükəsizliyi ilə bağlı yoxlamalar aparılıb.
Qaynarinfo-ya daxil olan məlumatda bildirilir ki, yoxlamaları Binəqədi Rayon İcra Hakimiyyəti, daha sonra isə Fövqəladə Hallar Nazirliyi aparıb.
Məlumata görə, yoxlamalar “Sədərək” Ticarət Mərkəzindəki yanğından sonraya təsadüf edib. Yoxlamaların nəticələri məlum deyil.
“Eurohome”un adının çəkilməsini istəməyən icarədarlarından biri saytımıza bildirib ki, bazarda yanğın təhlükəsizliyi standartlara uyğun deyil. Bu, 2019-cu ildə bazarda baş verən yanğın zamanı aydın olub. Mənbənin sözlərində görə, həmin vaxtdan bu yana demək olar ki, heç nə dəyişməyib.
Xatırladaq ki, 2019-cu ildə “Eurohome” bazarında güclü yanğın baş verib. Həmin vaxt yayılan məlumatlarda deyilirdi ki, bazarın təxminən 5 hektarlıq ərazisinin 2 hektarı yanıb. Bazarda çalışanlara külli miqdarda ziyan dəyib.
Yeri gəlmişkən, həmin vaxt zərər çəkən icarədarlardan bəzisi hələ də kompensasiya ala bilməyib.
Əldə etdiyimiz məlumata görə, onlar bazarın sahibi Azay Möhnətov quru vədlərindən cana doyaraq yuxarı instansiyalara şikayət etməyə başlayıblar. Konkret olaraq Rafiq Ocaqverdiyev adlı icarədarın ölkə rəhbərliyinə və güc strukturlarına müraciət ünvanladığı bildirilib.
Qaynarinfo-nun əməkdaşı məlumatı dəqiqləşdirmək üçün Rafiq Ocaqverdiyevlə əlaqə saxlayıb. O, dəymiş ziyanın hələ də ödənilmədiyini təsdiqləyib: “Mənə 200 000 manat ziyan dəyib. Azay Möhnətov dəymiş ziyanı ödəyəcəyinə söz versə də, sözünə əməl etməyib”.
O, əlavə edib ki, məsələ ilə bağlı ölkə rəhbərliyinə və güc strukturlarına müraciət etdiyi üçün hələlik bu məsələ barədə geniş danışmaq istəmir.

AzPost.az

Post navigation

Previous: Təhsil Şöbəsinin sabiq müdirinə “stop” qoyuldu – Səbəb nədir?
Next: Çin istehsalı olan ən keyfiyyətli avtomobillər – SİYAHI

Oxşar xəbərlər

oqrular esas
  • Araşdırma

Gündüz fəhlə, gecə quldur… – Bakıda kassaları qarət edən dəstə necə ifşa olundu?

User 15 Noyabr 2026 - 15:47
heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13

xƏBƏR

putin cin
  • Dünya

Putin və Çin rəhbəri arasında danışıqlar başlayıb

User 18 Noyabr 2026 - 10:16
Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin Şençjendə keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti...
Read more about Putin və Çin rəhbəri arasında danışıqlar başlayıb
Süni intellektlə dostluq insanları daha da tənha edir? – Alimlər təhlükədən danışdı suni intelekt is
  • Maraqlı

Süni intellektlə dostluq insanları daha da tənha edir? – Alimlər təhlükədən danışdı

User 18 Noyabr 2026 - 10:14
Hər gün yumurta yemək təzyiqi yüksəldir? – Alimlərdən açıqlama Yumurta
  • Maraqlı

Hər gün yumurta yemək təzyiqi yüksəldir? – Alimlərdən açıqlama

User 18 Noyabr 2026 - 10:07
Ramiz Mehdiyev ona verilmiş cəzadan narazıdır – Şikayət verdi ramiz
  • Sosial

Ramiz Mehdiyev ona verilmiş cəzadan narazıdır – Şikayət verdi

User 18 Noyabr 2026 - 10:06
Azərbaycanda bir gündə 62 nəfər saxlanıldı – 116 axtarışda olan şəxs tutuldu DIN
  • Sosial

Azərbaycanda bir gündə 62 nəfər saxlanıldı – 116 axtarışda olan şəxs tutuldu

User 18 Noyabr 2026 - 10:02
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.