“Evdəyəm, koronavirus haqda nəsə yazmaq fikrində deyiləm” –ANAR

“Bu günlərdə hamı kimi biz də evdəyik. İşlərimizi evdən davam etdiririk. 2013-cü ildə rus dilində “LİK. Azerbaydjana” üçcildlik kitabım çıxmışdı. İndi onun Azərbaycan dilindəki variantı üzərində işləyirəm. “Söz dünyası” adlı birinci cildi çıxıb, indi ikinci və üçüncü cildlərini hazırlayıram”.

Azpost.info bildirir ki, bu sözləri “525-ci qəzet”ə açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar deyib.

O, karantin günlərində də yaradıcılıqla məşğul olduğunu vurğulayıb:  “Bu koronavirus pandemiyası görünməmiş bir hadisə idi. Bütün dünyanı qısa zamanda öz cənginə aldı və tüğyan etməkdədir. Bu, həm də dünyanı birləşdirdi, ortaq təhlükə ilə üz-üzə qoydu. Bu hadisələr roman mövzusu da, film mövzusu da olacaq, həm ədəbiyyatda, həm də kinomatoqrafiyada öz əksini tapacaq. Özüm indi bu haqda nəsə yazmaq fikrində deyiləm, amma gələcəyi bilmirik”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Virusla bağlı müalicəyə cəlb olunan özəl xəstəxana həkimlərinin maaşı artırılacaq

Sonrakı məqalə

Trampdan gözlənilməz bəyanat: