Bakıda fəaliyyət göstərən “Nasha Evenst” dekor şirkətindən fəhlə külli miqdarda oğurluq edib.
Azpost.info Qaynarinfo-ya isrtinadən bildirir ki, aparılan araşdırma zamanı oğurluğu 1994-cü il tarixdə Goranboy rayonunda anadan olmuş Murad adlı şəxs tərəfindən törədilməsi məlum olub.
Belə ki, Murad “Nasha Events” dekor şirkətində qeyr-rəsmi şəkildə fəhlə işləyib. Şirkətin qanuni təmsilçisi Elməddin, direktoru isə onun həyat yoldaşı Nəzrin Abdullayevadır.
Nəzrin Abdullayeva şirkətin giriş qapısının açarını 2009-cu ilin dekabr ayından orda fəhlə işləyən Murada etibar edib. Sonuncu isə 10 dekabr 2022-ci il tarixdən 4 avqust 2023-cü il tarixədək icarəyə götürdüyü avtomobillə oradan ümumi dəyəri 130 min manat olan avadanlıq oğrlayıb. Hətta Murad öz müdirinin “Axus” firmasına aid idman qaçış aparatını, masaüstü kompyuterini, bir ədəd sarı rəngli kreslonunu da oğurlayıb.
