FƏTƏLİ XAN XOYSKİNİN BRİTANİYA KOMİSSARI İLƏ GÖRÜŞÜ –“Nuru Paşanın  Azərbaycanın siyasətinə müdaxiləsinə imkan verməyəcəyik” - MƏXFİ TELEQRAM  

“BBC News” Birtaniya arxivlərindən əldə etdiyi və Azərbaycan Xalq Cümhuriyyəti illərinə aid yaydığı sənədlərdə o dövrün siyasi proseslərinə dair maraqlı məlumatlar var.

Arxivin açıqladığı sənədlər əsasən ingilis diplomatlarının təxminən 100 il öncə bir-birinə yazdığı məktublar və teleqramlardır. Bu məktublarda Azərbaycan Xalq Cumhuriyyətinə və onun liderlərinə həm inamsızlıq, həm etimad var.

Azpost.info Britaniya arxivinin açıqladığı məxfi teleqramı oxucularına təqdim edir.

Bu, Britaniyanın Zaqafqaziya üzrə Baş komissarı Con  Oliver Vardropun Azərbaycanın müstəqilliyinin Paris Sülh Konfransında de-fakto yanvarın 19-u tanınmasından sonra  Azərbaycan hökumətinin rəsmiləri ilə keçirdiyi ilk görüşü barədə Britaniya XİN rəhbərinə göndərdiyi teleqramdır.

Azərbaycanın o vaxtki xarici işlər naziri Fətəli Xan Xoyski görüşən Vardrop Azərbaycan hökumətinin narahatlıqlarını dilə gətirir və teleqramda AXC-nin Britaniya ilə əlaqələrini təkmilləşdirmək istədyini göstərir.

Tbilisidə yerləşən baş komissar Azərbaycan Xalq Cumhuriyyətinin Britaniya üçün potensial bir müttəfiq kimi görürdü.

 TELEQRAM:

MƏXFİ.

Göndərilib: 20 yanvar 1920

Qəbul olunub: 21 yanvar 1920

Vardrop, Tiflis

Azərbaycanın xarici işlər naziri Fətəli Xan Xoyski bu gün yanıma gələrək bir saat yarım mənimlə söhbətləşib.

Əvvəla, o məndən xahiş etdi ki, tanınmaq məsələsində təşəbbüsə görə Azərbaycan hökumətinin minnətdarlığını sizə çatdırım və öz ölkəsinin maraqlarının əlahəzrət kralın hökuməti ilə birlikdə olduğunu görə əməkdaşlığa böyük həvəsi olduğunu qeyd edib.

O, nə bolşevizmi, nə də ki, “gənc türklər”in intriqalarını və ya Almaniya imperializmini Azərbaycanda istəmədyini deyib. Xoyski deyib ki, Azərbaycanda Nuri və Xəlil kimi insanların olması anlaşılmamazlığa səbəb olmamalıdır. O, onların Azərbaycana rəsmi olaraq gəlmədiklərini, lakin Bakını bolşevik müdaxiləsindən xilas etdiklərini deyib və əlavə edib ki, yoldaşcasına gəlmiş qonaqlara qonaqpərvər davranmaq məcburiyyətində idilər. Zati-aliləri bu cür şəxslərə sığınacaq verilməsinə bizim təbii olaraq bəyənmədiyimizi anladığını, lakin onların Azərbaycanın siyasətinə müdaxilə etmələrinə imkan verilməyəcəyinə vəd verib. Xoyski Türkiyə sisteminin Azərbaycan üçün iyrənc olduğunu qeyd edib. O, Xəlil və Nurinin bolşeviklərlə əlaqələrinin artıq pisləşdiyini və onların az pulu qaldığını əlavə edib.

Xoyski Azərbaycanın tanınmasından sonra təcili olaraq hərbi sursat şəklində maddi yardımla təmin olunmasının mühüm olduğunu qeyd edib. O, bunun xaricdən gələn təhlükədən daha çox daxili baxımdan hökuməti gücləndirməyə və xalqa inam vermək üçün lazım olduğunu deyib.

O, xaricdən gələn əsas təhlükənin Xəzər dənizindən olduğunu deyib. O, Azərbaycanın, Bakı limanındakı artilleriyanın BREACH BLOCKS və “Qars” və “Ərdəhan” gəmilərinin müdafiə üçün faydalı olan toplarının britaniyalılar tərəfindən aparılmasından hələ də təəssüf hissi keçirdyini deyib. O, bunların qaytarıldığı təqdirdə çox xoş təəssürat yaranacağını bildirib. Texniki baxımdan hərbi təlimatın da xoş qarşılanacağını qeyd edib. Donanmaya gəldikdə, o, gəmi təmiri  üçün yalnız gəmilərin təmin olunduğu vaxtı və təmirin bitməsindən sonra effektiv olaraq Britaniya tərəfindən idarə olunması şərti ilə Bakıdakı müəssisələrdən istifadə edilməsinə imkan veriləcəyini deyib.

O, lazım gəldiyi halda ekipajların ruslardan ibarət olmasına qarşı olmadığını, lakin zabitlərin  mütləq britaniyalı olmalarının vacib olduğunu deyib.

O, Azərbaycanın Könüllü Orduya etibar edə bilməyəcəyini deyib.

Bundan sonra zati-aliləri uzun müddət Dağıstan barədə danışıb. O deyib ki, əgər Könüllü Ordu bu regiondan çıxarsa, bolşevizm burada bir ay ərzində dağılar. Həqiqətən də lazım olarsa, Petrovksın donanma tərəfindən istifadə edilməsinə icazə verilə biləcəyini deyib, lakin britaniyalıların gəmiləri Bakıya gətirib Xəzər dənizini öz nəzarəti altına götürməsinin daha yaxşı olduğunu qeyd edib. O, Azərbaycanın cənubi Dağıstanı öz nəzarəti altına götürərək orada bolşevik təsirini məhv etməyə qadir olduğunu deyib. Mən ona hər hansı işğala qarşı olduğumu bildirdim və Azərbaycanı bu sərhədi keçməməyə tövsiyə etdim. Çunki bu əlahəzrət Kral hökumətinin xoş niyyətinə zərər vura bilər və hər kəsə bəla gətirə bilər. Zati-aliləri mənim arzularımı yerinə yetirməyə niyyətli olduğunu və hər hansı bir təhlükəli hərəkət etməyəcəyini bildirib. O, indiyədək Dağıstana göndərilən azərbaycanlıların sadəcə bolşevizmə qarşı təxribatla məşğul olan mülki şəxslər olduğunu deyib.

Mən bildirdim ki, İrəvan-Culfa dəmir yolununun fəaliyyətinə müdaxilə siyasi və iqtisadi baxımdan narhatedicidir. Xarici işlər naziri mənə cavabında bildirdi ki, nəqliyyatın bərpa olunması üçün əlindən gələni edəcək. Mən ondan Gürcüstan və Azərbaycan arasında bolşevizmə və Könüllü Orduya qarşı ictimaiyyətə bəyan edilmiş birgə müdafiə razılığından başqa bir razılığın mövcud olub-olmamasını bilavasitə soruşdum. O, yazılı şəkildə başqa bir razılığın olmadığını, lakin hökumətlər arasında əlaqələrin səviyyəsinə görə, hər iki tərəfin digərini tam şəkildə dəstəkləyəcəyindən əmin olduğunu deyib. O, Dağıstan və ya Xəzər dənizi tərəfindən hücum olduğu təqdirdə Gürcüstanın bütün hərbçilərini və silahlarını Azərbaycanın yardımına göndərəcəyindən əmin olduğunu əlavə edib.

Getməmişdən əvvəl, zati-aliləri ümumiyyətlə Zaqafqaziya üçün Batumun müdafiəsinin əhəmiyyətini qeyd etmək istədiyini deyib. O, Batumun açıq saxlanılmasını Avropaya və dövlətlərə bir tələb olduğunu deyib. O, qeyd etdi ki, nə qədər ki, Britaniya bu limanı və Azərbaycana yaxınlıqda bir ərazini nəzarəti altında saxlayırsa, onlar bu regionun statusu barədə qayğı keçirmirlər. Lakin, o əlavə etdi ki, Azərbaycan hazırda olduğu kimi limanın həmişə azad olmasını dəstəkləyir. Onu narahat edən Bakının tərk edilməsinə səbəb olacaq  bir qəfil qərarın təkrarlanaraq bununla da Azərbaycanın Qərblə əlaqəsinin kəsilməsidir. Mən ona bildirdim ki, Batumun statusunun dəyişdirilməsinə dair qərarın nəzərdən keçirilməsinə şübhəm yoxdur.

Zatı-aliləri məndən xahiş etdi ki, dediklərini sizə çatdırım və sizə bildirmək istədi ki, o Azərbaycanla Böyük Britaniyanın maraqlarının birgə olduğu qənaətindədir. O, məndə yaxşı təəssürat yaratdı və mən onun etibarlı olduğuna inanıram. Lakin məncə o Azərbaycanda “Gənc Türklər”i dəstəkləyənlərin təsirini bir qədər zəif qiymətləndirir.

O, Ermənistanın baş naziri ilə danışmaq niyyətindədir və mənə bildirib ki, hər iki tərəfdə keçmiş münaqişələrə son qoymağa böyük arzu var. Bir razılıq əldə edilməsindən əmindir. O, bütün mübahisəli məsələlərin arbitraja verilməsi niyyətində olduğunu təkrarlardı.

Xarici İşlər Naziriliyi 37, Konstantinopol 26, Tehran 20 və Mackinder 17-yə göndərilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rəfael Dadaşov xəstəxanadan evə buraxılıb

Sonrakı məqalə

Sabah Bakıda hava dumanlı olacaq –