“F-16-ların Ukraynada peyda olmasını nüvə təhlükəsi kimi qiymətləndirəcəyik” –LAVROV

Ukraynada nüvə silahı daşıya bilən F-16 qırıcılarının peyda olması faktının özü Rusiya tərəfindən nüvə sahəsində Qərbdən gələn təhlükə kimi qiymətləndiriləcək.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov lenta.ru-ya müsahibəsində bildirib. Onun sözlərinə görə, Qərb öz hərəkətləri ilə özünü bütün vasitələrlə müdafiə edəcək Rusiya üçün ekzistensial təhlükə yaradır.

“Rusiya tərəfindən nüvə silahından istifadə şərtləri bizim Hərbi Doktrinamızda aydın şəkildə müəyyən edilib. Onlar hamıya məlumdur və mən onları bir daha təkrarlamayacağam. Eyni zamanda, diqqəti cəlb etmək istərdim ki, ABŞ və onun NATO-dakı sattelitləri Rusiya ilə birbaşa silahlı toqquşma riski yaradır və bu, fəlakətli nəticələrlə gətirib çıxarda bilər.

Son dərəcə təhlükəli inkişafın yalnız bir nümunəsi ABŞ-ın Kiyev rejiminə F-16 qırıcılarını təhvil vermək planlarıdır. Biz nüvə dövlətləri olan ABŞ, Britaniya və Fransanı məlumatlandırmışıq ki, Rusiya bu təyyarələrin nüvə silahı daşımaq qabiliyyətinə göz yuma bilməz. Burada heç bir zəmanət kömək etməyəcək. Döyüş əməliyyatları zamanı hərbçilərimiz bu tipli təyyarənin nüvə silahı daşıyıb-daşımadığını təyin edə bilməyəcək. Ukrayna Silahlı Qüvvələrində belə sistemlərin meydana çıxması faktının özü bizim tərəfimizdən Qərbdən nüvə sahəsində təhlükə kimi qiymətləndiriləcək”, deyə Rusiya XİN başçısı vurğulayıb. (APA)

Əvvəlki məqalə

Makrona kəsilmiş insan barmağı göndərilib

Sonrakı məqalə

Regionlar üzrə pensiyalar ayın 14-də ödəniləcək