Makrona kəsilmiş insan barmağı göndərilib

Yelisey sarayına insan barmağı olan məktub gəlib.

Bu barədə “Valeurs Actuelles” məlumat yayıb.

İyulun 10-da Sarayın qəbul şöbəsinə poçtla məktub gəlib. Prezident Emmanuel Makrona ünvanlanan zərf açılan zaman içindən insan barmağı çıxıb.

Nəşrin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları daha sonra barmağın sahibini tapıblar.

Yelisey Sarayı vəziyyəti şərh etməkdən imtina edib.

Əvvəlki məqalə

Bu gün ibtidai sinif və musiqi fənləri üzrə MİQ imtahanları keçiriləcək

Sonrakı məqalə

“F-16-ların Ukraynada peyda olmasını nüvə təhlükəsi kimi qiymətləndirəcəyik” –