Türkiyənin Sakarya vilayətində fişəng istehsal edən fabrikdə baş verən partlayışda 2 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə hadisə yerində olan Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir bildirib ki, partlayış nəticəsində 73 nəfər xəsarət alıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tapşırığı ilə Daxili İşlər naziri Süleyman Soylu, Sosial Xidmətlər və Ailə naziri Zəhra Zümrüd Səlcuq da hadisə yerindədirlər.