“Facebook”, “WhatsApp” və “Instagram”ın fəaliyyəti bərpa olunub

“Facebook” şirkəti genişmiqyaslı kəsilmədən sonra artıq bütün tətbiq və xidmətlərinə girişi bərpa etməyə başlayıb.

Bu barədə şirkətin “Twitter” səhifəsində bildirilib.

“Bizə güvənən geniş insan icmaları və işadamları üçün: üzr ​​istəyirik. Tətbiqlərimizə və xidmətlərimizə girişi bərpa etmək üçün çox çalışırıq və hazırda yenidən onlayn olduqlarını bildirməkdən məmnunuq. Səbriniz üçün təşəkkür edirik”, – şirkətin paylaşımında belə deyilir.

Qeyd edək ki, dünən “Facebook”, “Instagram” və “WhatsApp”da bütün dünyanı əhatə edən genişmiqyaslı fasilələr yaranıb. “Downdetector” xidmətinin hesablamasına görə, bu, “Facebook”un tarixində ən böyük kəsilmə olub, sosial şəbəkə 6 saata yaxın çox işləməyib. 2019-cu ildə bənzər problem cəmi bir saat ərzində müşahidə edilmişdi.

Bunun fonunda sosial şəbəkənin səhmləri təxminən 5 faiz azalıb və nəticədə təsisçisi Mark Zukerberq təxminən 7 milyard dollar itirib.

Hazırda “Facebook” və “Instagram”ın Azərbaycanda da fəaliyyəti bərpa olunub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir