Britaniyanın “The Independent” qəzetinin əməkdaşı Brayan Krebs Facebook-un işinin dayanmasının səbəbini açıqlayıb.
Azpost.info bildirir ki, o bu barədə yazıb.
“Sistemə Facebbok.com və İnstagaram.com ünvanlarını necə tapmaq üçün məlumat verən DNS yazıları dünən səhər qlobal marşrut cədvəlindən silinib”-deyə Krebs vurğulayıb. Onun sözlərinə görə, bu yazıları yalnız şirkətin özü idarə edir.
Jurnalistin sözlərinə görə, belə dəyişikliyin aparılmasının səbəbi məlum deyil. O hesab edir ki, ola bilsin bu daxili dəyişikliklər və ya yenilənmə nətcəsində baş verən problem olub.
“New York Times”-in reportyoru Rayan Mak isə qeyd edib ki, Facebbok-un əlavələrindən başqa daxili alətlər, həmçinin kommunikasiya platformaları da işini dayandırıb. “Bir neçə nəfərlə bu barədə danışıdım, onlar baş verənləri qar topasına oxşadığını dedilər”.