Famil Xəlilova hökm oxundu

Famil Xəlilova
Famil Xəlilova

Famil Xəlilova hökm oxundu. İctimai fəal Famil Xəlilovun cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Famil Xəlilovun barəsində 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib.

Qeyd edək ki, Famil Xəlilov 2024-cü ilin mayın 2-də saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik hazırlama, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb.

Famil Xəlilov ötən ilin dekabrında ev dustaqlığına buraxılıb.

Facebook-da izləyin    

“TikTok”da izləyin  

Telegramda izləyin!   

İnstagramda izləyin!

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.