Ölkənin mərkəzi bankı kimi fəaliyyət göstərən ABŞ Federal Ehtiyat Sistemi (FED) iyul iclasından sonra uçot dərəcəsini 25 baza bəndi, 5,25-5,5 % -ə qədər artırıb.
Bu barədə FED məlumat yayıb.
“Komitə (Açıq Bazar Komitəsi, FOMC – red.) uzunmüddətli perspektivdə maksimum məşğulluq və 2 % səviyyəsində inflyasiyaya nail olmağı hədəfləyir. Bu məqsədlərə dəstək olaraq, komitə federal fondların dərəcəsi üçün hədəf diapazonunu 5,25-5.50 %-ə qədər artırmaq qərarına gəlib”, – məlumatda deyilib(report).