FHN köçkün yataqxanasında yanğın barədə məlumat yayıb

Sumqayıt şəhərində məcburi köçkünlərin məskunlaşdığı dördmərtəbəli mansard tipli yataqxana binasının ümumi sahəsi 500 m² olan mansardında taxta konstruksiyalardan ibarət 1 otaq 15 m² sahədə yanıb. 

Fövqəladə Hallar Nazirliyinin (FHN) saytının verdiyi xəbərə görə, yanğın yerinin kəşfiyyatı zamanı 1972-ci il təvəllüdlü Əhmədov Məzahir Nuşirəvan oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb. 

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

saat 10:48

Sumqayıtda məcburi köçkünlərin məskunlaşdığı “Şəfa” sanatoriyasında yanğın baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, yanğın sanatoriya binasının mansardında yerləşən mənzildə meydana gəlib. Dərhal əraziyə yanğınsöndürənlər cəlb olunub və alovun digər ərazilərə keçməsinin qarşısı alınıb.

Yanğın zamanı binada olan məcburi köçkünlər təhlükəsiz əraziyə təxliyə edilib.

Hadisə nəticəsində mansardda məskunlaşan, Qubadlı rayon sakini, 1972-ci il təvəllüdlü Əhmədov Məzahir Nuşirəvan oğlu yanaraq ölüb.

Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib. 

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda ardıcıl üç zəlzələ olub

Sonrakı məqalə

“Bu gün ölkədə 20-dən çox yeraltı təkan olub” –