FHN xilasediciləri liftdə qalan və intihar etmək istəyən şəxsi xilas edib-VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov və Yasamal rayonları ərazisində 2 ünvanda mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalma, Nərimanov rayonunda 2 ünvanda doqquzmərtəbəli yaşayış binalarında liftdə qalma və Səbail rayonunda 1 nəfərin intihara cəhdi barədə məlumatlar daxil olub.

FHN-in saytında yayımlanan məlumata görə, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində ümumilikdə 3-ü azyaşlı olmaqla 6 nəfər xilas edilib.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.