Filipp Kirkorov Qazaxıstan konsertində tamaşaçını vurdu- VİDEO

Qazaxıstanda qastrol səfərində olan müğənni Filipp Kirkorov zalda outran tamaşaçıya yaxınlaşaraq əlindəki qızılgül dəstəsini onun üzünə çırpıb.

Azpost.info xəbər verir ki, hadisənin videosu sosial şəbəkələrdə yayılıb.

Kadrlarda rus estradası ulduzunun səhnədən enərək naməlum şəxsi necə vurduğu əks olunub. Müğənni sonra heç nə olmamış kimi səhnəyə qalxaraq oxumağa davam edib.

Filipp Kirkorov qastrol səfəri çərçivəsində Astanada və Almatıda konsertlər verib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.