Fillipinin prezidenti Rodriqo Duterte polis və hərbiçilərə koronavirusla bağlı elan olunmuş karantin rejimini pozanlara atəş açmağa icazə verib.
Azpost.info “Frans-Press”ə istinadən bildirir ki, prezident bu barədə milli televiziya ilə müraciətində bəyan edib.
“Mən yerli məmurlara, polisə və hərbiçilərə əmr edirəm: Əgər problem yaranırsa, adamlar sizə hucum edib hədələsə onlara atəş açın”-deyə Duterte bildirib.
Prezident bildirib ki, Manilanın kasıblar yaşayan kvartallarında polis hökumət əleyhinə çıxışlar edən 20 nəfəri həbs edib. Onlar hakimiyyəti insanları ərzaqla təmin etməməkdə ittiham ediblər.
