Finlandiya “Heineken”lə əməkdaşlıqdan imtina etdi- Rusiyaya görə

Avqustda Finlandiyanın paytaxtı Helsinkidə keçiriləcək “Flow” musiqi festivalı Niderlandın “Heineken” pivə konserni ilə əməkdaşlığı dayandırır.

Azpost.info xəbər verir ki, buna səbəb şirkətin Rusiyada fəaliyyətini davam etdirməsidir.

Təşkilatçılar bildiriblər ki, “Flow” festivalı “Heineken”in Rusiyadakı fəaliyyəti ilə əlaqədar “Heineken Silver” brendi ilə əməkdaşlığı dayandırmaq qərarına gəlib.

Festivalda brendin öz istehsalı olan “Heineken Silver” pivəsini təqdim edəcəyi planlaşdırılırdı. İndi onu Finlandiyanın aşağı alkoqollu və alkoqolsuz içkilərin böyük distribütoru “Hatwall”ın məhsulları əvəz edəcək.

Azpost.info

Əvvəlki məqalə

Borca görə axtarışda olan 107 nəfər saxlanılıb

Sonrakı məqalə

Sumqayıtda qadın ərini qətlə yetirib