Finlandiya səfərbərlikdən qaçan ruslara sığınacaq verməkdən imtina edir

Ukrayna ilə müharibə başlayandan sonra Finlandiyaya gedən ruslara sığınacaqdan imtina etməyə başlayıblar.

Azpost.info xəbər verir ki, bu barədə “Satakieli” nəşri yazıb.

Belə qaçqınlara ölkəni könüllü tərk etmək təklif olunur. Məlumata görə, yeddi nəfər artıq oxşar vəziyyətlə üzləşib.

Noyabr ayında imtinalar gəlməyə başlayıb. Ölkənin miqrasiya xidməti öz mövqeyini onunla izah edir ki, Rusiyada səfərbərlik faktiki olaraq başa çatıb və heç nə sığınacaq axtaranları təhdid etmir.

Finlandiya hakimiyyəti Rusiya prezidenti Vladimir Putinin müvafiq fərmanı hələ imzalamamasını nəzərə almır. Bu sənədə görə səfərbər olunanlar qeyri-müəyyən müddətə cəbhədə olurlar və Kreml istənilən vaxt hərbi xidmətə çağırışı bərpa etmək hüququnu özündə saxlayır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.