Yer maqnit sahəsində qeyri-sabitlik müşahidə olunub və onun səviyyəsi G1 səviyyəsinə çatıb, bu da zəif maqnit qasırğası ilə uyğun gəlir. AzPost xəbər verir ki, bu barədə TASS informasiya agentliyi İnstitutun Tətbiqi Geofizika Mərkəzinin mütəxəssislərinə istinadən məlumat yayıb.
Maqnit qasırğalarının gücü 1-dən 5-ə qədər ölçülür. Ekspertlər bildirirlər ki, belə dövrdə güclü fiziki və zehni fəaliyyətlərdən çəkinmək tövsiyə olunur.
Həmçinin, maqnit qasırğaları zamanı düzgün qidalanmaq vacibdir. Mütəxəssislər qızardılmış, unlu və digər ağır yeməklərdən uzaq durmağı, daha yüngül və həzmə rahat qidalar qəbul etməyi tövsiyə edirlər. Bu, bədənin stresə qarşı müqavimətini artırır və ümumi sağlamlıq vəziyyətini qoruyur.