“Forbes” dünyadakı milyarderlərin reytinq siyahısını açıqladı

ABŞ-ın “Tesla” və “Space X” şirkətlərinin banisi İlon Mask (Elon Musk) dünya zənginlərinin siyahısında ikinci yerə yüksəlib.

“Forbes” xəbər verir ki, 144,7 milyard dollarlıq varidata sahib olan İ.Mask Fransanın LVMH (Louis Vuitton Moet Hennessy) qrupunun sahibi, 144,3 milyard dollarlıq varidatı olan Bernar Arnonu üçüncü yerə sıxışdırıb. Birinci yerdə əvvəlkitək “Amazon” onlayn alış-veriş portalının sahibi, 185,4 milyard dollarlıq varidat sahibi Cef Bezos qərarlaşıb.

Dördüncü yeri “Microsoft”un təsisçilərindən 118,8 milyard dolların sahibi Bill Geyts, beşinci yeri isə “Facebook” şirkətinin təsisçisi 104 milyard dollarlıq Mark Zukerberq tutur.

Qeyd edək ki, noyabr ayının 23-də İ.Mask “Bloomberg”in reytinqində də ikinci yerə çıxıb. O zaman “Tesla”nın səhmlərinin bahalaşması nəticəsində varidatı 7,2 milyard dollar artaraq 128 milyard dollara çatdığı bildirilmişdi. (Report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“İşğaldan azad olunan ərazilərin bərpasında yaxından iştirak edəcəyik” –

Sonrakı məqalə

Azərbaycan və İran XİN başçıları görüşüb