“Forbes” Rusiyanın ən varlı adamının adını açıqladı

“Novolipetsk” metallurgiya zavodunun sahibi Vladimir Lisin 18,4 milyard dollarlıq sərvəti ilə Rusiyanın ən varlı adamıdır.

Azpost.info xəbər verir ki, o, “Forbes”in ənənəvi siyahısında Aleksey Mordaşovu geridə qoyaraq birinci sıraya keçib. “Severstal”ın sahibi olan Mordaşov indi 13,2 milyard rubl sərvətiylə beşincidir.

İkinci yerdə “Norilsk Nikel” şirkətinin prezidenti Vladimir Potanin (17,3 milyard dollar), üçüncü yerdə “Telegram”ın yaradıcısı Pavel Durov (15,1 milyard dollar), dördüncü yerdə isə “Novatek”in sahibi Leonid Mixelson (14 milyard dollar) qərarlaşıb.

İlk onluğa həmçinin Mixail Fridman, Alişer Usmanov, Gennadi Timçenko, Andrey Melniçenko və Vahid Ələkbərov daxil olub.

Lisin 2010, 2011 və 2018-ci illərdə ən zəngin ruslar siyahısına başçılıq edib. 2021-ci illə müqayisədə onun sərvəti 7,8 milyard dollar azalıb. O, Qərb ölkələrinin sanksiyalarına məruz qalmayıb.

Azpost.info

Əvvəlki məqalə

Bakıda mebel sexində yanğın söndürülüb –

Sonrakı məqalə

İtaliya 30 rusiyalı diplomatı ölkədən çıxarıb