“Formula 1″ə baxmağa gələn xorvat gözəli İçərişəhərdə ət qutabı yedi –FOTO /VİDEO

Bakıya gələn “Miss Xorvatiya 2016” titulunun qalibi İvana Knollun instaqram paylaşımları diqqət çəkib.
İçərişəhəri gəzən model həm də milli mətbəximizin dadına baxıb. O, ilk dəfə qutabın dadına baxdığını qeyd edib.
Məlumat üçün bildirək ki, İvana 28-30 aprel tarixlərində Bakıda keçiriləcək “Formula 1” Azərbaycan Qran Prisini izləmək üçün Bakıya gəlib. Model ötən gün axşam yarışla bağlı keçirilən gecəyə də qatılıb.
Qeyd edək ki, İvana 2022-ci ildə Qətərdə keçirilən Dünya Kuboku zamanı məşhurlaşıb. O, açıq geyimdə matç izləməyə yollanıb. Mediada Qətərdə insanların onun ölkəyə gəlişinə qadağa qoyulmasını, həbs olunmasını tələb etdiyi yazılıb. İnsanlar hətta modelin matç izlənməyə buraxılmamasını istəyib.
https://youtu.be/OarAt9l11XY
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.