“Formula-1” Azərbaycan Qran-prisi başlayıb –Açılış mərasimi keçirilib

“Formula-1” üzrə Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib.

Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyası səbəbindən tamaşaçısız təşkil olunan yarışda əvvəlcə pilotların təqdimatı olub.

Ardınca “MakLaren”in əsas səhmdarlarından biri Mansur Odjey və Beynəlxalq Avtomobil Federasiyasının keçmiş prezidenti Maks Moslinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra himn mərasiminə start verilib. Mərasimdə Azərbaycan Dövlət Himni tanınmış bəstəkar Azad Vəliyevin yeni aranjemanında səsləndirilib. Mərasimdə Azərbaycanda keçirilən beşinci yarışın konsepsiyası vurğulanıb. Digər konsepsiya multikulturalizm və tolerantlıq ideyasına əsaslanıb.

Himnimiz Vətən Müharibəsi qazisi Atəş Qarayev və Səbinə Babayeva tərəfindən səsləndirilib. Bu zaman Azərbaycan Dövlət Bayrağını tutan müxtəlif millətlərin nümayəndələri milli geyimimizdə trek üzərində dayanıb. İfaçılar xalq və klassik üslublarına aid geyimdə olublar. Onlar Bakıda keçirilən beşinci “Formula-1” yarışını simvolizə edən və barış işarəsini əks etdirən “V” şəklində dayanıblar.

“Formula-1” üzrə Azərbaycan Qran-prisinə start verilib.

Apasport.az saytının məlumatına görə, Bakıda keçirilən yarış Azadlıq Meydanından başlayıb

Hərəsində 2 pilot olmaqla, 10 komanda 51 dövrəlik yarışda 306,049 km yol qət edəcək. Qran-pri təxminən 2 saat davam edəcək.

Bir gün əvvəl sıralama yarışının qalibi olan “Ferrari”nin pilotu Şarl Lekler start xəttinə hamıdan öndə başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Formula-2”-nin son yarışının qalibi bəlli olub

Sonrakı məqalə

“Elçibəyin Kələkiyə getməsi mənim üçün gözlənilməz oldu” –