“Formula-2”-nin son yarışının qalibi bəlli olub

Bakıda Azərbaycan Qran-prisi çərçivəsində keçirilən “Formula-2” üzrə yürüşlər yekunlaşıb.

Apasport.az saytının məlumatına görə, bu gün keçirilən yarış Juri Vipsin qələbəsi ilə başa çatıb.

11 komandanın pilotları 28 dövrə vuraraq, qalibi müəyyənləşdiriblər. “Hitech Grand Prix”in üzvü rəqiblərini qabaqlayaraq, finişə birinci çatıb. Oskar Pyastri (“Prema”) ikinci, onun komanda yoldaşı Robert Şvartzman üçüncü yeri tutub.

Qeyd edək ki, dünən “Formula-2” üzrə iki sprint yarışı keçirilib. Robert Şvartzman (“Prema”) birinci, Juri Vips (“Hitech Grand Prix”) isə ikinci yarışın qalibi olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Ordumuz Azərbaycanda sülhə töhfə vermək üçün var gücü ilə çalışır” –

Sonrakı məqalə

“Formula-1” Azərbaycan Qran-prisi başlayıb –