“Formula-1”: Türkiyə mərhələsi ləğv olunub

“Formula-1” üzrə dünya çempionatının Türkiyə mərhələsi ləğv olunub.

Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı yarışın Türkiyədəki yayım hüququna malik “S Sport” kanalı yayıb.

Bildirilib ki, 11-13 iyunda keçirilməsi planlaşdırılan Türkiyə Qran-Prisi ləğv edilib. Buna səbəb koronavirus pandemiyasının yenidən sürətlə yayılması səbəbindən Türkiyənin İngiltərə hökuməti tərəfindən riskli ölkələr sırasına əlavə edilməsidir. Qərara əsasən, Türkiyəyə yollanacaq şəxslər geri döndükdən sonra İngiltərədə 10 günlük karantinə alınacaq.

“Formula-1”in İstanbul mərhələsinin ləğvi səbəbindən dünya çempionatı 22 yarışla yekunlaşacaq.

Qeyd edək ki, aprelin 28-də Kanada Qran-Prisini ləğv edən təşkilatçılar əvəzində İstanbul mərhələsini təqvimə əlavə etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident Kazandakı terror aktına görə Putinə başsağlığı verib

Sonrakı məqalə

Şeyxülislam məqamını kimlər gözdən salmağa cəhd edir?