“Forsaj” filminin növbəti bölümünün premyerası olacaq

“CinemaCon” festivalındakı təqdimatda məşhur “Forsaj” filminin növbəti yeni bölümünün premyera tarixi açıqlanıb.

Kinonews.ru saytı xəbər verir ki, ekran əsərinin əsas aktyoru və prodüseri Vin Dizel “CinemaCon” festivalı çərçivəsində keçirilən təqdimatda “Forsaj 11” filminin kütləvi nümayişə 2025-ci ildə çıxacağını vurğulayıb.

Hollivud ulduzu Vin Dizel ailə dəyərlərindən və kinoya olan sevgisindən danışaraq bildirib ki, uşaqlıq yaşlarımdan filmə marağım olub: “Ailəvi kinoteatrlara getməyim yadımdadır və həyat elə gətirdi ki, yolum kinematoqrafiyadan keçdi. Çəkildiyim bu filmlər ərzində mənimlə olduğunuz üçün hamınıza təşəkkür edirəm. Mən bu tədbirdə olan görüşü “Oskar” mükafatının təqdimetmə mərasimindən daha üstün tuturam. Düşünürəm ki, həmin mükafat mərasimində zalda əyləşən bütün sənət adamları yalnız siz tamaşaçılara görə oradadırlar. Eyni personajlarda eyni aktyorların bütün bölümlərdə davamlı çəkilməsi baxımından dünyaşöhrətli “Forsaj” filmi tarixdə ilk layihədir. Bu bizim ailəmizdir, izləyicilər də ailəmizin üzvləri kimidir. Bu məşhur layihədə hər bölümlə irəlilədikcə “Forsaj” filminə öz sehrini gətirən rejissorları cəlb etdik”, – deyə V.Dizel qeyd edib.

Əvvəlki məqalə

Bakıda Formula 1 yarışı başlanır

Sonrakı məqalə

“Beşiktaş” – “Qalatasaray” matçının hakimi məlum olub