Fövqəladə vəziyyət, komendant saatı, giriş-çıxışa qadağa…– Qaraqalpaqda son durum

“Qaraqalpaq sakinlərini və qonaqlarını fövqəladə vəziyyət rejiminin tələblərinə əməl etməyə, səbəbsiz olaraq evdən çıxmamağa və müxtəlif mənbələr tərəfindən yayılan məlumatlara inanmamağa çağırırıq”.

Azpost.info xəbər verir ki, bunu Özbəkistan Milli Qvardiyasının mətbuat xidmətinin rəhbəri Davron Jumanazarov deyib.

Jumanazarov qeyd edib ki, prezidentin Qaraqalpaqa səfərindən sonra regionda vəziyyət sabitləşib və həyat əvvəlki axarına qayıdır.

O xatırladıb ki, bir ay ərzində respublikada fövqəladə vəziyyət və saat 21:00-dan 7:00-dək komendant saatı tətbiq edilib. Özbəkistan Milli Qvardiyasının komandanı Rüstəm Jurayev komendaturanın rəisi təyin edilib.

Kritik obyektlərin mühafizəsi gücləndirilib, nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, vətəndaşların sənədlərinin yoxlanılması, əşyalarının yoxlanılması tətbiq edilir. Muxtar Respublikaya giriş və çıxış məhdudlaşdırılıb.

“Bütün bu hərəkətlər Qarqalpaq sakinlərinin müdafiəsinə, onların hüquq və azadlıqlarının təmin edilməsinə yönəlib”, – Milli Qvardiyanın nümayəndəsi bildirib.

Jumanazarov həmçinin qeyd edib ki, təxribat xarakterli məlumatlar yayan və hüquq-mühafizə orqanları əməkdaşlarının qanuni hərəkətlərinə fəal müqavimət göstərən vətəndaşlar saxlanılıb.

Azpost.info

 

Əvvəlki məqalə

Bakıda işçilərin orta aylıq maaşı min manatdan yuxarıdır

Sonrakı məqalə

Avropa lttifaqı Şurasının prezidenti Şarl Mişel İlham Əliyevə zəng etdi –