Fransa Azərbaycandan neft alışını 3 dəfə artırıb

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan Fransaya 143,1 milyon ABŞ dolları həcmində bitumlu süxurlardan əldə olunmuş 281,1 min ton xam neft və neft məhsulları ixrac olunub.

Bu barədə  Dövlət Gömrük Komitəsinin məlumatında deyilir.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 86 milyon dollar və ya 2,5 dəfə, həcm baxımından isə 191,4 min ton və ya 3,1 dəfə çoxdur.

Qeyd olunan dövr ərzində Fransa Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələrin arasında 12-ci yeri tutub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan 20,8 milyon tona yaxın xam neft və neft məhsulu ixrac edib və bu ixracın dəyəri 10,9 milyard ABŞ dollarını ötüb.

2024-cü ilin analoji dövrü ilə müqayisədə bu göstərici pul ifadəsində 1,9 milyard dollar (15%) azalıb, həcm baxımından isə 182,6 min ton (0,9%) artıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.