“Fransa erməniləri bu qədər sevirsə, Marseli ermənilərə versin” –Ərdoğan İlham Əliyevin təklifini dəstəklədi

“ATƏT-in Minsk qrupu vasitiəçi qrupdur, Fransa həmsədr ölkə olaraq vasitəçi kimi çıxış etməlidir”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa parlamentinin qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımaq barədə qətnaməsini şərh edərkən deyib.

O bildirib ki, son addımları ilə Fransa vasitəçilik hüququnu itirib. Fransa ilk növbədə prezident Emmanuel Makrondan canını qurtarmalıdır:

“Makron Fransanın başına bəladır. Makronla Fransa əslində çox təhlükəli dövr yaşayır. Ümid edirəm, Fransa Makron bəlasından qurtulacaq. Əziz qardaşım İlham Əliyevin fransızlara bir tövsiyəsi oldu. O dedi ki, Fransa erməniləri bu qədər sevirsə, Marseli ermənilərə versin. Mən də eyni şeyi tövsiyə edirəm”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir