Fransa İlqar Məmmədov və Rəsul Cəfərov barəsində bəraət qərarını alqışlayır

24 Aprel 2020 - 20:40

Fransa səfirliyi Azərbaycan Ali Məhkəməsinin qərarını müsbət qiymətləndirib.

Bu barədə Fransanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

“Fransa Azərbaycanda müxalif siyasətçi İlqar Məmmədovun və hüquq müdafiəçisi Rəsul Cəfərovun aprel ayının 23-də bəraət almalarını alqışlayır. Bu, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını nəzərə alan beynəlxalq ictimaiyyət tərəfindən gözlənilən müsbət inkişafdır, – deyə Fransa səfirliyinin yaydığı açıqlamada bildirilib.

Açıqlamada o da qeyd olunur ki, Fransa Azərbaycan hökumətini beynəlxalq öhdəliklərə, xüsusilə də mətbuat azadlığı və məhkəmə müstəqilliyinə riayət etməyi davam etməyə çağırır. (APA)