Fransa Ukraynaya əlavə 3 milyard avro hərbi yardım edəcək

Fransa Ukrayna ilə təhlükəsizlik sazişi çərçivəsində Kiyevə əlavə hərbi yardım göstərəcək.

Bunu Yelisey sarayında Prezident Emmanuel Makron Ukrayna lideri Vladimir Zelenski ilə birgə keçirilən mətbuat konfransında deyib.

“Bu sazişin bir hissəsi olaraq Fransa 2024-cü ildə Ukraynaya 3 milyard avroya qədər əlavə hərbi yardım göstərməyi öhdəsinə götürüb”, – deyə E.Makron bildirib.

Qeyd edək ki, fevralın 16-da Makron və Zelenski ikitərəfli təhlükəsizlik sazişi imzalayıblar.

Əvvəlki məqalə

Brüsseldə üç dövlət binasında zəhərli məktublar tapılıb

Sonrakı məqalə

Prezident İlham Əliyev Münxendə ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi ilə görüşüb