Azərbaycan səfirliyi azərbaycanlı tələbənin öldürülməsi ilə bağlı məlumat yaydı

Azərbaycanın Rusiyadakı Səfirliyi iyunun 13-də Volqoqrad şəhərində azərbaycanlı təbənin qətlə yetirilməsi ilə bağlı məlumat yayıb.

Səfirliyin mətbuat xidmətindən verilən məlumata görə, məlumatda bildirilib: “13 iyun 2020-ci il tarixində Rusiyanın Volqoqrad şəhərində təhsil alan Azərbaycan Respublikasının vətəndaşı Timur Valeri oğlu Qavriilovun qətlə yetirilməsi ilə bağlı məlumat Səfirliyə daxil olan kimi tərəfimizdən dərhal Rusiya Federasiyasının İstintaq komitəsinin Volqoqrad vilayəti üzrə Baş idarəsinə rəsmi məktub göndərilib.

Bundan əlavə, cari ilin 14 iyun tarixində Səfirlik mərhumun Gəncə şəhərində yaşayan anası və Rusiya Federasiyasının İstintaq komitəsinin Volqoqrad vilayəti üzrə Baş idarəsinin müstəntiqləri ilə əlaqə saxlayıb.

Bildiririk ki, hadisə ilə bağlı cinayət işi qaldırılmış və məsələ Səfirliyin ciddi nəzarəti altındadır.

İstintaqın gedişatı ilə əlaqədar ictimaiyyətə əlavə məlumat veriləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Təhsil Nazirliyi:

Sonrakı məqalə

Fransa vətəndaşları bu gündən Aİ ölkələrinə səyahət edə biləcəklər