Fransada rusiyalı milyarderin iki yaxtası saxlanılıb

Fransada rusiyamilyarder Aleksey Kuzmiçevə məxsus iki yaxta saxlanılıb.

Azpost.info xəbər verir ki, bu barədə “Liberation” nəşri öz mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, yaxtalar Avropa İttifaqının sanksiyaları çərçivəsində dondurulmalı olan aktivlərdən hesab edilir.

Söhbət Kan limanında yerləşən 17 metr uzunluğunda “Malaya Medveditsa” və 26 metr uzunluğundakı “Bolşaya Medveditsa” yaxtalarından gedir. Rəsmi olaraq gəmilər Maltada qeydiyyatda olan “Orangerie Marine Limited” şirkətinə məxsusdur. Lakin Fransa İqtisadiyyat Nazirliyinin strukturları bunun arxasında Kuzmiçevin dayandığına inanırlar.

Azpost.info

Əvvəlki məqalə

“Sharp” Rusiyaya mal göndərməyi dayandırdı

Sonrakı məqalə