“Sharp” Rusiyaya mal göndərməyi dayandırdı

Yaponiyanın “Sharp Group” korporasiyası öz məhsullarının Rusiyaya tədarükünü dayandırdığını açıqlayıb.

Azpost.info xəbər verir ki, şirkət bu qərarını Rusiyanın Ukraynaya hərbi təcavüzü ilə izah edib. “Biz münaqişənin bütün qurbanlarına dualarımızı göndərir və sülh olmasını səmimi qəlbdən arzulayırıq. Humanitar proqramı dəstəkləmək üçün fərdi yardım səyləri ilə yanaşı, xeyriyyə təşkilatlarına da ianələr edəcəyik”, – şirkətdən bildiriblər.

Azpost.info

Əvvəlki məqalə

Füzulidə mülki şəxs yük maşını ilə minaya düşüb – FOTO

Sonrakı məqalə

Fransada rusiyalı milyarderin iki yaxtası saxlanılıb