Fransanın iqtisadiyyat naziri maşını ilə velosipedçini vurub

Mayın 3-də axşam saatlarında Fransanın iqtisadiyyat naziri Bruno Le Maire şəxsi avtomobili ilə Parisin 6-cı dairəsində Bonapart küçəsində velosipedçini vurub.

APA “Le Figaro”ya istinadən xəbər verir ki, mənbələrin bildirdiyinə görə, velosipedçi toqquşmadan əvvəl qırmızı işıqda keçib.

Velosipedçi nisbi ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Polis mənbələrinə görə, vurulan şəxs kəllə-beyin travması keçirə bilər.
Nazir isə alkoqol testindən keçib. “Belə bir hadisə ilə bağlı hər bir vətəndaş kimi o, polis əməkdaşlarının suallarını cavablandırıb və yerindəcə alkoqol testi verib. Narkotik testindən də keçib və hər iki test mənfi olub”, – deyə mənbə AFP-yə bildirib. (APA)

Əvvəlki məqalə

“Ace”, “Ariel”, “Fairy”, “Domestos”…

Sonrakı məqalə

ABŞ-ın Stirlinq Fondu Azərbaycanda mina təhlükəsi ilə bağlı maliyyə yardımı ayıracaq