Fransanın “Renault” şirkəti ötən il 8 milyard avro ziyan edib

20 Fevral 2021 - 01:58

COVID-19 pandemiyası Fransanın avtomobil istehsalçısı olan “Renault” şirkətinə təsirsiz ötüşməyib. “Renault” qrupu 2020-ci ildə sanitar böhrana görə 8 milyard avro ziyana düşüb.

Bu barədə “Renault” şirkətinin yaydığı açıqlamada qeyd olunub.

Qrup ötən ilin birinci semestrini 7,3 milyard avro ziyanla başa vurub. İlin ikinci yarısında 660 milyon avro ziyana məruz qalan qrupun ticarət dövriyyəsi 8,9 faiz azalıb.