Freddi Merkurinin şəxsi əşyaları hərraca çıxarılacaq

“Queen” vokalçısı Freddi Merkurinin təxminən 1,5 min şəxsi əşyası Sotheby’s auksionunda satışa çıxarılacaq.

“The Guardian” xəbər verir ki, musiqiçinin səhnə kostyumları, mahnılarının qaralamaları, incəsənət əsərləri və digər interyer əşyaları satışa çıxarılacaq.

Satışa çıxarılan lotlara 300 min funt (374 min dollar) dəyərində qiymətləndirilən “We Are The Champions” mahnısının əlyazması, Merkurinin 1986-cı ildə son canlı ifası zamanı səhnəyə çıxdığı kral tacının və mantiyanın surəti daxildir.

Auksiona çıxarılan əşyalar uzun müddət Merkurinin 1991-ci ildə ölümündən əvvəl həyatının son illərini keçirdiyi Londonda Garden Lodge evində saxlanılıb. Vəsiyyətinə görə, malikanə onun rəfiqəsi Meri Ostinə keçib.

Hərracın əsas hissəsi avqust ayında London, eləcə də Nyu-York, Los-Anceles və Honkonqda keçiriləcək. Əldə edilmiş vəsaitin bir hissəsi xeyriyyə məqsədləri üçün xərclənəcək.

Əvvəlki məqalə

Laçın-Xankəndi yolundakı aksiya 137 gündür davam edir

Sonrakı məqalə

İnsanlar kosmosda uzun müddət yaşaya bilərmi?