FTX Krım körpüsünü partladanların görüntülərini yaydı- FOTOLAR

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Krım körpüsündə terror aktının təşkilində iştirak edən şəxslərin fotoşəkillərini yayıb.

Azpost.info xəbər verir ki, təqsirləndirilənlər arasında Rusiya, Ukrayna, Gürcüstan və Ermənistan vətəndaşları var.

Kəşfiyyat xidmətinin məlumatına görə, Bolqarıstandan partlayıcı qurğunun keçirilməsinin təşkilinə Ukrayna, Gürcüstan və Ermənistan vətəndaşları cəlb edilib. Bolqarıstandan yüklər Poti (Gürcüstan) limanına, sonra isə Ermənistana daşınıb.

Cinayətin törədilməsində Ukrayna vətəndaşları Tsyurkalo Mixail Vladimiroviç, Kovaç Denis Oleqoviç, Solomko Roman İvanoviç, Gürcüstan vətəndaşları İnosaridze Sandro, “Levan” adlı broker və Ermənistan vətəndaşı Artur Terçanyan iştirak edib.

Bütün marşrut boyu yüklərin hərəkətinə nəzarəti Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əməkdaşı həyata keçirib. O, virtual anonim nömrədən və Ukrayna sakini Sergey Andreyçenkonun adına qeydiyyatdan keçmiş nömrədən istifadə edib.

“Hazırda cinayətin hazırlanmasında iştirak edən beş Rusiya, üç Ukrayna və Ermənistan vətəndaşı saxlanılıb”, – FTX əlavə edib.

FTX hücumun təşkilatçısının Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi, onun rəhbəri Kirill Budanov, əməkdaşları və agentləri olduğunu da bildirib. Partlayıcı qurğu ümumi çəkisi 22770 kiloqram olan 22 paletdə, tikinti polietilen plyonkalı rulonlarda gizlədilib.

Azpost.info

 

Əvvəlki məqalə

Bayden Putini “rasional oyunçu” adlandırdı –

Sonrakı məqalə

Krım körpüsü necə partladılıb? Bombanı kimlər və necə gətirib? –