Füzulidə arabası ilə birlikdə basdırılmış hökmdarın məzarı tapıldı

“Füzulidə 3 kurqanda qazıntı işləri aparılıb”.

Bunu APA-ya açıqlamasında AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, professor Abbas Seyidov deyib.

O bildirib ki, sözügedən kurqanlar Əhmədbəyli-Füzuli-Şuşa yolunun təxminən 700-800 metr yaxınlığında yerləşir.

“Bura böyük kurqan çölüdür və 3 min yaşı olan hökmdar kurqanları var. Eramızdan əvvəl l minilliyin VIII-VII əsrlərinə aiddir. Araşdırmalarımız zamanı məlum olub ki, burada hökmdarı arabası ilə birlikdə dəfn ediblər. Araba təkərlərinin, atlarının, silah-sursatının qalıqları aşkarlanıb. Burada tapılan materialların böyük hissəsi bizim fondda saxlanılır, bir hissəsi isə hələlik Tarix Muzeyinə təhvil verilib”.

Əvvəlki məqalə

Rusiya Duması sərhəddə pasportların götürülməsi ilə bağlı qanun qəbul edib

Sonrakı məqalə

Putin Ramzan Kadırovun həyat yoldaşına dövlət mükafatı verdi