Mayın 26-da II və III ixtisas qrupları üzrə imtahan keçiriləcək. Qırx altı mindən çox abituriyent imtahan verəcək.
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə elektron imtahanlar korpusunda jurnalistlərə müsahibəsində söyləyib. O qeyd edib ki, daha sonra I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək. Bu imtahanlar birinci cəhddir.
“İyul qayında qəbul imtahanlarının ikinci cəhdi olacaq”, – deyə M.Abbaszadə bildirib.