Gələn il nə qədər inflyasiya gözlənilir? –Mərkəzi Bank açıqladı

Azərbaycan Mərkəzi Bankının (AMB) yenilənmiş proqnozlarına görə, cari ildə orta illik inflyasiya 6,3-6,6%, illik inflyasiya isə 11,4-11,9% səviyyəsində gözlənilir.

AMB-nin verdiyi məlumata görə, baza proqnozuna görə inflyasiya prosesləri növbəti ilin birinci rübündən başlayaraq stabilləşəcək və ilin ikinci yarısından başlayaraq inflyasiya hədəf diapazonunun yuxarı həddinə doğru hərəkət edəcək.

Qeyd edək ki, cari ilin ilin yanvar-noyabr aylarında ölkədə ortaillik inflyasiya 6,2%, noyabrda illik inflyasiya isə 11,1% təşkil edib.

Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə ortaillik inflyasiya 7,4%, təkcə qida məhsulları üzrə 7,4, spirtli içkilər üzrə 2,4%, tütün məmulatları üzrə 9,6%, qeyri-ərzaq məhsulları üzrə 4,8%, ödənişli xidmətlər üzrə isə 5,4% təşkil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanın strateji valyuta ehtiyatları 53 milyard dolları keçib

Sonrakı məqalə

Şəhid ailəsi zinət əşyalarının qaytarılması üçün “Rabitəbank”a müraciət edib –