Gələn il Neft Fondundan büdcəyə nə qədər pul ayrılacaq?

27 Oktyabr 2021 - 11:17

Gələn il Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) dövlət büdcəsinə transferti 12,71 mlrd. manat təşkil edəcək ki, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 4,2% çoxdur.

Bu barədə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında Qanununda deyilir.

Qeyd edək ki, ötən il ARDNF-nin dövlət büdcəsinə transferti 12,2 mlrd. manat təşkil edib.

Xatırladaq ki, ARDNF 1999-cu ildə təsis edilib. ARDNF neft və qazdan əldə edilən gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini və gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi qurumdur. ARDNF büdcədənkənar, ayrıca dövlət təsisatıdır.