Gələn il orta aylıq əməkhaqqının 807 manatdan çox olacağı gözlənilir

08 Noyabr 2021 - 10:26

2022-ci ildə Azərbaycanda orta aylıq əməkhaqqının 807,6 manat olacağı proqnozlaşdırılır.

APA-nın məlumatına görə, bu, Hesablama Palatasının İşsizlikdən sığorta fondunun büdcəsinin layihəsinə verdiyi rəydə əks olunub.

Rəydə qeyd edilib ki, 2022-ci il üzrə dövlət büdcəsinin layihəsi ilə birgə Hesablama Palatasına təqdim edilmiş məlumatlarda cari il üzrə orta aylıq əmək haqqının 2020-ci il üzrə müəyyən edilmiş göstəricini 35,1 manat və ya 5% üstələyərək 742,8 manat 2022-ci il üzrə proqnozlaşdırılan göstəricinin isə cari ilin müvafiq göstəricisini 64,8 manat və ya 8,7% üstələyərək 807,6 manat olacağı qeyd edilib.