Gələn ilin dövlət büdcəsindən Milli Məclisə 42 milyon 6 min 822 manat vəsait ayrılıb.
Məlumata görə, bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi zərfi”nə daxil olan “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin xərclərinin funksional, iqtisadi və inzibati təsnifatlarının paraqrafları səviyyəsində layihəsi”ndə əksini tapıb.
Layihəyə əsasən, bu vəsaitin 34 milyon 611 min 006 manatı əməyin ödənişinə, 6 milyon 267 min 316 manatı malların (işlərin və xidmətin) satınalınmasına, o cümlədən, 1 milyon 050 min 000 manatı ezamiyyə xərclərinə, 90 min 167 manatı bank və plastik xərclərinə və s. ayrılıb.