“Gəncə qiyamına dəstək verdiyimə dair bir cümləmi tapa bilməzlər” –Etibar Məmmədov

C

 “Bu günə qədər bir sözümü, ya cümləmi tapsınlar ki, mən kimisə dəstəkləmişəm. Mənim tələbim yalnız o olub ki, məsul şəxslər izahat verməlidirlər və hadisələrin baş verməsinə görə məsuliyyət daşıdıqlarını etiraf etməlidirlər.

Azpost.info bildirir ki, bu sözləri moderator.az-a müsahibəsində AMİP-in fəxri sədri Etibar Məmmədov 4 iyun qiyamı barədə danışarkən deyib.

O vurğulayıb ki, həmin dövrdə məsuliyyət üzərinə düşən şəxslər var idi və onlar birinci xalqa izahat verməli idilər ki, nə baş verir, xalqa müraciət etməli idilər və hər şeyi açıq-aydın bildirməli idilər: “Onlar isə əksinə, hər şeyi gizlətməyə, məsuliyyəti boyunlarından atmağa başladılar. Prezidentdən tutmuş nazirlərə qədər hamısı dedi ki, mənim xəbərim yoxdur. Ona görə də onların kimisə ittiham etməyə haqları çatmır.

E.Məmmədov deyib ki, 1993-cü il iyunun 2-də Baş nazir Pənah Hüseynə bildirib ki, Gəncədə əməliyyatı keçirmək olmaz, nəticəsi pis olacaq: Sonra da gəlib Milli Məclisdə çıxış edərək bildirmişəm ki, ayın 4-ə belə bir əməliyyat hazırlanır. Bunu da etmək olmazdı.

AMİP liderinin sözlərinə görə, 4 İyun hadisləri Azərbaycanın dövlətçiliyinə də, inkişafına da çox böyük zərbə olub:  Mən də onlara xəbərdarlıq etmişəm ki, bu əməliyyatın planını kim hazırlayırsa, o, sizə xidmət etmir. Amma nəticə çıxarmadılar”. AMİP liderinin fikrincə, o hadisəni törədənlər indiyədək də məsuliyyətlərini etiraf etməyiblər.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Koronavirusa yoluxan analardan doğulan körpələrdə virus aşkarlanmayıb

Sonrakı məqalə

Azərbaycan neftinin qiyməti 43 ABŞ dollarına yüksəlib