Gəncədə 17 yaşlı tələbə bıçaqlanıb

28 Oktyabr 2021 - 22:18

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Hadisə 1 nömrəli Gəncə Peşə Liseyində qeydə alınıb. İlkin məlumata görə, 17 yaşlı Zeynal Məmmədov tələbə yoldaşı tərəfindən bıçaqlanıb.
Liseyin tələbəsi Samux rayonun Sərkar kənd sakini 2004-cü il təvəllüdlü Zeynal Məmmədov bud nahiyəsində bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstənin yarası tikilib, vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə 17 yaşlı Zeynal Məmmədov tələbə yoldaşı tərəfindən bıçaqlanıb.

Hadisənin səbəbləri araşdırılır/(APA)