Gəncədə 5-ci mərtəbədən yıxılan yeniyetmə xəstəxanada ölüb

xəstəxanaya
xəstəxanaya

Gəncədə 5-ci mərtəbədən yıxılan 12 yaşlı oğlan ölüb.

2011-ci il təvəllüdlü, Gəncə şəhər sakini Ümid Əliyev bu gün Bakıdakı xəstəxanalardan birində dünyasını dəyişib.

Qeyd edək ki, hadisə ötən gün şəhərin 5-ci mikrorayonunda beşmərtəbəli yaşayış binasında qeydə alınıb.

2011-ci il təvəllüdlü, Gəncə şəhər sakini Ümid Əliyev 5 yaşlı qardaşı ilə yaşadığı binanın 5-ci mərtəbəsindəki mənzildə oynayan zaman ehtiyatsızlıqdan pəncərədən yıxılaraq döş qəfəsinin, qarın boşluğunun hematoması və daxili qanaxma xəsarətləri alıb.

Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.