Gələn il büdcə gəlirləri 24,3 milyard, xərclər isə 25,8 milyard manatdan çox olacaq –NAZIRLIK

2021-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 327,0 mln. manat məbləğində proqnozlaşdırılır.

Maliyyə Nazirliyindən verilən məlumata görə, gəlirlərin 57,3%-i və ya 13 950,0 mln. manatı neft sektorunun, 42,7%-i və ya 10 377,0 mln. manatı qeyri-neft sektorunun payına düşür. Neft sektoru üzrə büdcə gəlirlərinin 87,5%-ni və ya 12 200 mln. manatını Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert, 12,5%-ni  və ya 1 750,0 mln. manatını vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar  təşkil edir.

Qeyd edək ki, 2021-ci il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti daha mühafizəkar yanaşma əsasında 35 ABŞ dollarına bərabər götürülüb.

2021-ci ildə dövlət büdcəsinin xərcləri 25 847,5 mln. manat məbləğində proqnozlaşdırılır. Xərclərin 18 106,6 mln. manat və ya 70,1%-ni cari xərclər, 5 389,1 mln. manat və ya 20,8%-ni əsaslı xərclər, 2 351,8 mln. manat və ya 9,1%-ni dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər təşkil edir.

2021-ci ilin dövlət  büdcəsini əsas səciyyələndirən xüsusiyyətlərindən biri sosialyönlü xərclərin ümumi büdcə xərclərində xüsusi çəkisinin 42% təşkil etməsidir. Həmçinin, COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinin 2021-ci ildə də davam etdirilməsi  ilə bağlı xərclərin maliyyələşdirilməsi üçün 600 mln. manat məbləğində vəsait proqnozlaşdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Navalnı Rusiyanın istehsal etdiyi “Noviçok” maddəsi ilə zəhərlənib” –

Sonrakı məqalə

Tofiq Yaqubluya hökm oxundu –