“Gəlib öz gözləri ilə görsün…”- Zelenski Münhendən Trampa çağırış etdi

“ABŞ-ın keçmiş prezidenti Donald Trampa döyüş meydanında baş verənləri şəxsən göstərməyə hazıram”.

Azpost.info xəbər verir ki, bunu Münhen Təhlükəsizlik Konfransında Ukrayna prezidenti Vladimir Zelenski bildirib.

Onun sözlərinə görə, Tramp münaqişəni dayandıracağını vəd edir, lakin o, vəziyyətin həqiqətən necə olduğunu görməyib.

Zelenski keçmiş prezidentə ictimai dəvətin göndərildiyini deyib: “Mən onu açıq şəkildə dəvət etdim. Bu, onun istəyindən asılıdır. Biz istəyirik ki, bütün namizədlər müharibədə həqiqətən nə baş verdiyini bilsinlər. Gəlib öz gözləri ilə görsünlər. Tramp gəlsə, mən onunla cəbhəyə getməyə hazıram. Münaqişəni necə bitirmək barədə söhbətimiz olacaqsa, qərar qəbul edənlərə əsl müharibənin necə göründüyünü nümayiş etdirməliyik”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.